“Bəzi səfirliklər radikal müxalifəti və QHT sektorunu maliyyələşdirir” - Quram Macaraşvili

11:12 06.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bəzi xarici ölkə səfirliklərinin radikal müxalifəti, eləcə də qeyri-hökumət təşkilatları sektorunu maliyyələşdirməsi onların radikal proseslərdə maraqlı olmasının birbaşa sübutudur”.

Hafta.az-ın yazdığına görə, bu haqda “Xalqın Gücü”nün icraçı katibi Quram Macaraşvili bildirib.

O deyib ki, qeyd edilmiş dövlətlər tərəfindən seçkilər zamanı və seçkilərdən sonra bəyanatlar verilə bilməz, çünki heç kim onların obyektiv qiymətləndirici olduğuna inanmayacaq.

“Seçki öncəsi konkret siyasi partiyanı və siyasi müxalifət olan qeyri-hökumət sektorunu maliyyələşdirirsənsə, əlbətdə seçkilərdən sonra qiymətləndirmə apararkən obyektiv ola bilməzsən. Bundan irəli gələrək, ictimaiyyətə deyirik ki, bu cür təşkilatları və səfirlikləri, ölkələri yadda saxlayaq. Onların bəyanatlarının gürcü xalqının gözündə artıq sıfır etibarlılıq dərəcəsi olacaq”, - Macaraşvili bildirib.